Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Rostov vilayəti arasında ticarət əlaqələrinin yaxşı inkişaf dinamikası yaranıb

Bu gün Bakıda keçirilən biznes forumu təsdiqləyir ki, Azərbaycan ilə Rusiyanın Rostov vilayəti arasında münasibətlərdə inkişaf üçün potensial mövcuddur. Belə ki, tərəflər Rostov vilayətində istehsal olunan kənd təsərrüfatı texnikasının Azərbaycana gətirilməsi barədə razılığa gəliblər. Maşınların yığılma işləri Azərbaycanda həyata keçiriləcək. Bu, təkcə yeni texnikanın gətirilməsi ilə deyil, həm də Azərbaycan ərazisində işlənən texnikaya xidmət göstərilməsi ilə bağlı gözəl tərəfdaşlıq münasibətlərinin başlanğıcıdır.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bunu jurnalistlərə müsahibəsində bildirib. 2019-cu ilin yekunlarına görə, Azərbaycan ilə Rostov vilayəti arasında xarici ticarət əlaqələrinin çox müsbət və yaxşı inkişaf dinamikasının yarandığını qeyd edən qubernator deyib: “Praktiki olaraq, 30 faiz artım müşahidə edilir. Hər iki region yolların qovşağında yerləşdiyi üçün nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var.
Bu, təkcə avtomobil yollarına deyil, su yollarına da aiddir. Əməkdaşlığın daha bir perspektivli sahəsi alternativ energetikadır. Rusiya vilayəti artıq bu sahədə təcrübə toplayıb. Biz bu sferada layihələr həyata keçiririk. Bu il biz bir neçə külək parklarını işə salacağıq və cari ilin sonunadək bu külək parklarında 400 MVt enerji əldə olunacaq. Donor-region ən müxtəlif vasitələrlə - Atom Elektrik Stansiyaları, İstilik Elektrik Stansiyaları vasitəsilə 7 min MVt-dan çox elektrik enerjisi istehsal edir”.

 

AZƏRTAC

 

5 Mart 2020 10:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə