Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai rəyin öyrənilməsi sahəsində Azərbaycan və Rusiya dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Fondunun baş direktoru Konstantin Abramovla görüşüb. Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ictimai rəyin öyrənilməsi sahəsində hər iki mərkəzin təcrübəsindən danışılıb və aparılan tədqiqatların dövlət-vətəndaş münasibətlərində mühüm rolu qeyd olunub.

K.Abramov rəhbərlik etdiyi fondun  ­keçdiyi uzun yol, son illər aparılan tədqiqatlar və həmin tədqiqatlarda müasir metodların tətbiqi sahəsində qazanılan uğurlardan bəhs edib. Onun dediyinə görə, müasir qloballaşan dünyada sosial tədqiqatların tətbiq olunmadığı idarəetmə sistemlərini təsəvvür etmək qeyri-mümkündür. Bu,  cəmiyyətlə dövlət arasında daha mütəhərrik, səmərəli qarşılıqlı münasibətlərin qurulmasına yönəlmiş universal vasitədir.
Zahid Oruc fəaliyyət göstərdiyi az vaxtda rəhbərlik etdiyi mərkəzin gördüyü işlər, ictimai məkandakı  yeri, aparılan sorğular, eyni zamanda qarşıda duran mühüm vəzifələr barədə danışıb. 
Tərəflər ötən il bağlanılan tərəfdaşlıq sazişini əsas  tutaraq, birgə layihələrin həyata keçirilməsinin Azərbaycan və Rusiya dövlətləri arasında mehriban münasibətlər nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıdığını bildiriblər. Görüş zamanı  işçi qrupun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.   Həmçinin  Rusiya tərəfinin uzun illik təcrübəsindən yaranmış, ictimai rəyin öyrənilməsinin innovativ və səmərəli mexanizmlərinin işlənib hazırlanması və tətbiq olunması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bu sahədə birgə konkret fəaliyyətlərin həyata keçirilməsi haqqında razılaşma əldə olunub.

5 Mart 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə