Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla bağlı “İçərişəhər”ə turist axınında dəyişiklik olmayıb

“Koronavirusun qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində tədbirlər görülür. Bu virusla bağlı “İçərişəhər”ə turist axınında dəyişiklik hiss etməmişik”.

Bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib.
Aparat rəhbəri bildirib ki, hər il olduğu kimi bu il də Novruz bayramı ilə əlaqədar martın 19-dan 29-dək kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq: “Bildiyiniz kimi, Novruz ərəfəsində ölkəmizə iranlı turistlər də axın edir. Biz çalışacağıq ki, turistlərlə bağlı hər hansı şübhəli məqama rast gəlinərsə, müvafiq dövlət qurumlarına məlumat verilsin”.
R.Qasımov “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin tabeliyində olan muzeylərin daim dezinfeksiya edildiyini bildirib.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

3 Mart 2020 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə