Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ABŞ-da keçirilən yəhudi film festivalında təmsil olunub

ABŞ-ın Nyu-York şəhərində 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib. Azərbaycan həmin tədbirdə rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub.
Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı üstün tutan 83 yaşlı Meir Manaşirovdan bəhs edir.
Bu kinolent ABŞ-da və Avropa ölkələrində dəfələrlə nümayiş olunub. “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş “Near Nazaret” film festivalında da nümayiş olunub və iki diploma layiq görülüb. 
Film Nyu-York festivalında da maraqla qarşılanıb. Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur. Film ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

3 Mart 2020 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə