Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə 37 terrorçu edam cəzasına məhkum olunub

“Al Arabian”nın məlumatına görə, Misir dövləti ölkədə terrorçuluqda ittiham edilən 37 nəfəri, o cümlədən bir sıra yüksək rütbəli zabitləri edam cəzasına məhkum edib.

Məlumata görə, Qahirə Ağır Cinayətlər Məhkəməsi İŞİD qruplaşması ilə birlikdə Sinay yarımadasında terror aktları, silahlı hücumlar həyata keçirən, habelə polis və əsgərləri qətlə yetirən müttəhimlər haqqında ən ağır cəza çıxarıb. Məhkum olunanlar arasında əvvəllər zabit olmuş, sonradan isə terrorçu qruplaşmanın liderinə çevrilmiş Hişam Aşmavi də var.
Qeyd edək ki, Misir ordusu bir ildən çoxdur ki, Sinay yarımadasının şimalında və Qərbi Səhra adlanan bölgədə terrorçulara qarşı hərbi əməliyyatlar həyata keçirir. Məhkum olunanlar hökumət binalarına silahlı hücumlarda, Misirin Daxili İşlər nazirinə qarşı sui-qəsd cəhdində iştirak ediblər.
Bundan başqa, məhkəmə 61 nəfəri ömürlük həbs, 85 terrorçunu isə 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

3 Mart 2020 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə