Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hitrou Hava Limanında yeni əlil arabası sınaqdan keçirilir

“Hightech.fm” saytının yaydığı məlumata görə, “British Airways” aviaşirkəti Hitrou Hava Limanında yeni əlil arabasını sınaqdan keçirməyə başlayıb. Bu, məhdud qabiliyyətli insanların sərbəst hərəkətinə imkan verəcək.
Qeyd olunur ki, “British Airways” aviaşirkəti hazırlanmış qurğuların məhdud qabiliyyətli sərnişinlərə necə kömək edə biləcəyini sınaqdan keçirmək istəyir. İndiyədək əlil arabaları yalnız laboratoriya şəraitində yoxlanılmışdı.
Şirkətin rəsmi nümayəndəsi deyib ki, qurğu sürətli deyil, amma o, maneəni keçərək başqa sərnişinlərə mane olmamağa kömək edə bilir. Bu məqsədlə toqquşmalardan qorunma texnologiyası istifadə olunur. Yeni əlil arabası, həmçinin personalın köməyi olmadan terminallarda hərəkət edə bilir. Sərnişini düşürəndən sonra əlil arabası özü dayanacağa qayıdır və növbəti sərnişini gözləyir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

3 Mart 2020 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə