Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Eurovision” təmsilçisinin adı açıqlandı

Rusiyanı “Eurovision 2020” mahnı müsabiqəsində təmsil edəcək qrupun adı açıqlanıb. Bu, “Little Big” qrupudur. Bildirilir ki, qrupun tərkibinə İlya Prusikin, Sofya Tayurskaya, Anton Lissov və Sergey Makarov daxildir. Musiqi qrupunun müsabiqədə ifa edəcəyi mahnı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 12-16 mayda Rotterdamda keçiriləcək. Niderlandlılar müsabiqəni ölkələrində keçirmək hüququnu ötən il Dunkan Lourensin qələbəsindən sonra qazanıblar.
Məlumatı ORT yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

3 Mart 2020 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə