Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Neft Fondunda yeni təyinat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Rövşən Cavadov 2014-cü ildən ARDNF-nin investisiya departamentinin direktoru vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Fondun investisiya departamentində müxtəlif vəzifələrdə, 2009--2014-cü illərdə isə direktor müavini vəzifəsində işləyib.

ARDNF-nin icraçı direktorunun yeni müavini Rövşən Cavadov Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib, ABŞ-ın Klark universitetində isə maliyyə üzrə magistr dərəcəsi alıb.

R.TAHİR,
“Xalq qəzeti”

3 Mart 2020 17:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə