Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Londonda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb

Londondakı “Gazelli” İncəsənət Evində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

"The New Verge” adlanan sərgidə Azərbaycanın görkəmli rəssamları - Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan “Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın incəsənət xadimlərinin Britaniyada tanıdılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Londonda belə sərginin keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.

Sərginin  açılışında  Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, diplomatik korpusun üzvləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və xarici qonaqlar iştirak ediblər.

Sərgi aprelin 4-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Mart 2020 10:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə