Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Odlar Yurdu – 2019" Milli Mükafatının təqdim olunacağı vaxt bəlli oldu

"Tonika Group”un təşkilatçılığı ilə 16 mart 2020-ci il tarixində "Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” "Odlar Yurdu-2019” Milli Mükafatının təqdimetmə mərasimi baş tutacaq. Təşkilat komitəsindən SHOWBIZ-a verilən xəbərə görə, tədbirdə 2019-ci ilin yekun nəticələrinə uyğun olaraq öz uğurlu fəaliyyətləri ilə həmkarlarından fərqlənən millət vəkillərinə, KİV nümayəndələrinə, iş adamlarına, mədəniyyət xadimlərinə, biznes qurumlarına, idmançılara, televizyalara, internet saytlara, radiolara, aparıcılara, jurnalistlərə, aktyorlara, aktrisalara, modelyerlərə və s. təqdim olunacaq.

Qeyd edək ki, "Odlar Yurdu – 2019" Milli Mükafatının informasiya dəstəyi "Səs" İnformasiya Agentliyinə məxsusdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Mart 2020 10:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə