Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli parklarda tədbirlər keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin dirçəlişini, baharın ilk əlamətlərini vəhşi təbiət qoynunda müşahidə etmək istəyənlər üçün Azərbaycanın milli parklarında tədbirlər keçirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Göygöl milli parkında, od çərşənbəsində yazın və təbiətin oyanışını görmək məqsədilə ekotur və bayram tədbiri, 10 martda Qızılağac milli parkı, yel çərşənbəsində "Yurdumuza bahar gəlir” adlı sərginin təşkili və bayram tədbiri keçiriləcək, 14 martda Abşeron Milli Parkında park ərazisinin qədim zamanlardan sevgiyə inanc gətirən yer olması ilə bağlı əfsanənin müasir konseptdə təqdimatı - "Sevgi qapısı"nın açılışı  olacaq.  Eyni  zamanda, 17 martda Hirkan Milli Parkı, torpaq çərşənbəsində parkın füsunkar təbiəti ilə yaxından tanışlıq və bayram tədbiri, 21 martda Şirvan Milli Parkı "Ümumdünya torpaq günü” ilə əlaqədar seminar və safari turu, 22 martda Şahdağ Milli Parkı, "Ümumdünya su günü” ilə əlaqədar Xanagah və Qoşabulaq şəlalələrinə ekotur, 28 martda Samur-Yalama Milli Parkı  məktəblilər üçün açıq dərs, 29 martda Altıağac Milli Parkı  məktəblilər arasında "Milli Parklarımızı tanıyaq” adlı bilik yarışması keçiriləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Mart 2020 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə