Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZPROMO-da ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Martın 2-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2019-cu ildəki fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransı keçirilib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan şirkətləri öz məhsullarını Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Anuga 2019”, Rusiyada “Prodexpo 2019”, “Worldfood Moscow 2019”, “MosBuild 2019”, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Gulfood 2019”, Çində “Sial China 2019”, “Prowine China 2019”, “Çin Beynəlxalq İdxal Sərgisi” və “Food and Hotel” beynəlxalq sərgilərində vahid ölkə stendində nümayiş etdirib. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan məhsulları indiyədək 30 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

3 Mart 2020 16:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə