Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Ronaldo "Real"a qayıtmaq istəyir"

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Real"a qayıda bilər.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun dostu Edu Aquirre məlumat verib:

“Əminliklə bilirəm ki, Kriştiano Ronaldo “Real"a qayıtmaq istəyir. O, “Barselona” ilə oyunu izləmək üçün getdiyi “Santyaqo Bernabeu” stadionunda özünə qarşı əvvəlki sevgini hiss etdi və bundan təsirləndi. Bəli, hazırda “Yuventus”dakı işinə köklənib. Ancaq futbolda gələcəkdə nə olacağını bilmək olmaz".

Qeyd edək ki, Ronaldo 2009 -2018-ci illərdə "Real"da oynayıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

3 Mart 2020 10:05 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə