Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyanın Jirona Universitetinin nümayəndələri ATMU-da

Avropa Birliyinin Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri Maria Lluisa Faxedes və Ania İbanez Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

Universitetin mətbuat xidmətindən verilən xəbərə görə İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri ATMU-da mədəni turizm, turizmdə mədəni irsin rolu və yeri mövzularında mühazirə saatları keçiriblər. Müəllim-tələbə mübadiləsi üzrə adıçəkilən tərəfdaş universitetdə turizm ixtisasında təhsil almaq şansı qazananlar sırasında ATMU-nun magistrantı Səbinə Əsgərovada var.

Məlumatda hər iki ali təhsil müəssisəsinin, eyni zamanda Avropa Birliyinin Tempus layihələri çərçivəsində də faydalı və səmərəli əməkdaşlıq etdiyi qeyd olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Mart 2020 15:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə