Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da “Tədqiqat metodları” adlı kitabın təqdimatı olub

Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazobun “Tədqiqat metodları” kitabının təqdimatı keçirilib.

 Universitetin tələbə-müəllim heyəti tərəfindən səmimi qarşılandığı üşün təşəkkürünü bildirən İ.Şahbazov müəllifi olduğu kitabın sosial elmlər və biznes araşdırmaları sahəsini ehtiva etdiyini deyib.

İştirakçılara təqdim olunan elmi mənbədə tədqiqat prosesinin mərhələlərinə dair məlumatlara daha çox yer ayrılmasını vurğulayan İ.Şahbazlı gündəmdəki kitabın gənc tədqiqatçılar,eləcədə tələbələr üçün faydalı olacağına əminliyini bildirib.

Qeyd edək ki, “Tədqiqat metodları” kitabı Azərbaycan dilində yazılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Mart 2020 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə