Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsinin təqdimatı olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin (DTA) Statistika və Araşdırma sektorunun müdiri Nicat Abbaslının təqdimatında “Mövcud statistik məlumatlardan istifadə” mövzusunda tanıtım- sessiya keçirilib. ATMU, DTA və Azərbaycan Turizm Bürosunun birgə layihəsi çərçivəsində gerçəkləşən tədbir zamanı turizm statistikasının təhlili, proqnozlaşdırılıması və mövcud hesabatlardan istifadə qaydaları müzakirə  olunub.

N.Abbaslının statistik məlumatların əldə olunması ilə bağlı tövsiyyələri Azərbaycan Turizm və Menecment Universitetində müvafiq fənləri tədris edən müəllimlər, eyni zamanda ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb.

”Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsi çərçivəsindəki tədbir fikir mübadiləsi şəraitində başa çatıb.

Dövlət Turizm Agentliyinin (DTA) Statistika və Araşdırma sektorunun müdiri N.Abbaslı görüşün sonunda statistik məlumatların əldə ediməsində DTA rəhbərliyi tərəfindən yaradılan imkanlardan məmnunluqunu bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Mart 2020 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə