Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika naziri Salyanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.  Energetika Nazirliyindən verilən məlumatda deyilir ki, qəbuldan əvvəl nazir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin ehtiramını bildirib. 

Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. 
Vətəndaş qəbulu zamanı Sabirabad rayonu və Gəncə şəhərindən qəbula gələn vətəndaşların müraciətləri də dinlənilib və onların həlli üçün lazımi göstərişlər verilib. Qəbulda 8 vətəndaşın müraciətinə baxılıb.

 

2 Mart 2020 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə