Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Gimnastika Federasiyası ardıcıl üçüncü dəfə dünyada birinci olub

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan federasiyalar”ın siyahısında yenidən birinci olub.
AZƏRTAC xəbər verir ki, 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib. Ötən il federasiya tərəfindən gimnastikanın üç növü üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya çempionatı, FIG Akademiyasının kişi idmanı, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin beynəlxalq idman qurumunun tanıdığı gimnastikanın 7 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.
Özündə 148 federasiyanı birləşdirən FIG-in reytinq siyahısında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası 2014-cü, 2015-ci və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

2 Mart 2020 21:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə