Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könüllülər teatrda fəaliyyətə başladılar

Hər zaman uğurlu layihələri ilə fərqlənən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı (ADAMT) bu dəfə də maraqlı təşəbbüsü ilə – teatra, incəsənətə marağı olan gəncləri “Akademik Musiqili Teatrın Könüllüləri” dəstəsində öz ətrafına topladı. Bu addımı ilə ADAMT nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində də ölkəmizdə növbəti bir ilkə imza atdı.

Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünasıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev layihənin məqsədini açıqladı. Daha sonra isə yenicə yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış, teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim etdi.
“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uygun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi nəzərdə tutub. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçdiyi barədə sertifikatlar veriləcək…

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

2 Mart 2020 21:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə