Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərgi təxirə salınıb

Martın 5-dən 15-nədək keçirilən Cenevrə Beynəlxalq Avtomobil Sərgisi təxirə salınıb. İsveçrə Konfederasiyası Federal Şurası “1000 nəfərdən çox insanın iştirak etdiyi tədbirlər”in qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Bu səbəbdən ölkədə bir çox tədbirin təşkili 15 marta qədər təxirə salınıb.
Qeyd edək ki, bu, son 70 ildə Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin ilk ləğvidir. 1947-ci ildən etibarən hər il keçirilən sərgini il ərzində 700 minə yaxın avtomobil həvəskarı ziyarət edir.
Xəbəri “Autonews” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

2 Mart 2020 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə