Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

8,3 milyon dollarlıq malikanə

Məşhur Hollivud aktrisası Culiya Roberts  yeni malikanə alıb. O, 575 kvadratmetrlik  imarət üçün 8,3 milyon dollar ödəyib. Bildirilir ki, malikanənin 5 yataq, 5 hamam otağı, ofis, bar, min şüşədən ibarət şərab guşəsi və iki qarajı var.
Villa 1907-1908-ci illərdə memar Silven Şnetçer tərəfindən San-Fransisko şəhərinin Presidio Heights bölgəsində inşa edilib.
Məlumatı “Variety.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

2 Mart 2020 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə