Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb.

Mətbuata açıqlamasında Ərdoğan bildirib ki, indiyə kimi Suriya ordusuna məxsus 135 tank, 22 zirehli avtomobil, 1 pilotsuz uçuş aparatı, 2 hava hücumundan müdafiə sistemi (Pantsir, S-300), 8 helikopter, 2 təyyarə və s. məhv edilib.

Ərdoğan əməliyyatların Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini və son 24 saat ərzində 345 rejim əsgərinin məhv edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ümumilikdə “Bahar qalxanı” əməliyyatı  adı verilən hərbi əməliyyatların gedişində Suriya ordusuna məxsus bir çox strateji obyektlər məhv edilmiş, 2557 rejim hərbiçisi zərərsizləşdirilmişdir.

Elşən AĞALAR,
“Xalq qəzeti”

2 Mart 2020 17:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə