Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarda dəmir yolu nəqliyyatı ilə 406 min sərnişin daşınıb

Yanvarda dəmir yolu nəqliyyatı ilə 406 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-ci ilin eyni ayı ilə müqayisədə sərnişindaşımada 72 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 358 vaqon yüklənib, 318 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 16,4 min ton, qərb istiqaməti üzrə 3 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

2 Mart 2020 17:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə