Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın uşaq bağçaları elektron xidmətlə əhatə olunur

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin, layihəni həyata keçirən mütəxəssislərin, mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli seminar-müşavirə keçirilib.

Bakı ŞİH-dən verilən məlumata görə, qurumun aparat rəhbəri Elgün Həbibullayev paytaxtın məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar elektron xidmətin yaradılması işlərinin başa çatdığını bildirib. O qeyd edib ki, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edə, öz övladını n uşaq bağçasına qeydiyyata aldıra bilərlər: “Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək”.

E.Həbibullayevin sözlərinə görə, hazırkı layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinet”inin yaradılması nəzərdə tutulub: “Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr sadələşəcəkdir. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər”.

Müşavirə zamanı Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış monitorinqlərin nəticələri də müzakirə edilib, bu sahədə vəziyyətin ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilib. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar da aşkar edilib və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Sonda bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilib.

R.TAHİR,
“Xalq qəzeti”

2 Mart 2020 17:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə