Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yol polisinin sürücülərə və piyadalara tövsiyəsi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

KİV-də yayılmış müraciətdə bildirilir ki, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçir. Bununla əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Baş DYP İdarəsi

sürücülərə:

– son dərəcə diqqətli və ehtiyatlı olmağı;

– zərurət olmadan ötmə əməliyyatı aparmamağı;

– qəfil manevrlər etməməyi;

– sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini;

piyadalara isə:

– asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini;

– yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini  tövsiyə edir.

R.TAHİR,
“Xalq qəzeti”

2 Mart 2020 17:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə