Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Operativ qərargah: Martın 4-də vətəndaşlarımızın İrandan Azərbaycana qayıtması təmin olunacaq

Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

Martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin ediləcək. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.

Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur. İrandan təxliyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.

Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin ünvanı:

Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun ünvanı:

Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98 902) 095 13 83

(+98413) 333 48 02/04

2 Mart 2020 14:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə