Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Martın 2-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraiti üstünlük təşkil ecəcək. Arabir yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu  gecə 4-6° isti, gündüz  6-9° isti,

Bakıda  gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 1-6° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5°  isti  olacaq.

 

 

 

 

 

 

 

 

2 Mart 2020 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə