Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həzi Aslanov haqqında bədii-xoreoqrafik kompozisiya təqdim edilib

Görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində tədbirlər təşkil edilib.

Şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə “Ordu əfsanəsi Həzi Aslanov” mövzusunda IX-XI sinif şagirdlərinin iştirakı ilə toplantı-diskussiya, “Sevimli qəhrəmanım” mövzusunda V-XI  siniflərdə inşa, esse, ifadə yazı işləri və şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə X-XI siniflər arasında hərbi idman oyunları keçirilib.

Tədbirlərə II Dünya müharibəsində qazanılan qələbədə xalqımızın rolunun təbliği məqsədilə VI-VII sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Həzi Aslanov xatirələr işığında” mövzusunda ədəbi-bədii kompozisiya ilə yekun vurulub. Kompozisiyada Həzi Aslanovun həyat yolu və qəhrəmanlığı şeir, foto-video görüntülər və rəqslə canlandırılıb. İfa olunan “Durnalar” və “Göy yaylıq” rəqslərinin xoreoqrafiyasında qəhrəman haqqında xatirələr öz əksini tapıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

2 Mart 2020 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə