Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İçərişəhərlə bağlı görüləcək tədbirlər açıqlandı

Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin ötən gün İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam çərçivəsində icra olunacaq tədbirlər planını açıqlayıb.

Nazir məsələ ilə bağlı artıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparıldığını deyib.

Ə.Qarayev bildirib ki, sərəncamın icrası olaraq İçərişəhərdə  beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək: "Muzeylərdə saxlanılan əşyaların bir qismi sərgilərdə nümayiş olunacaq. Bundan başqa, mədəni proqramlar təqdim ediləcək. Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq".

Onun sözlərinə görə, İçərişəhərin UNESKO-nun tərkibində olduğu 20 il müddəti əks etdirmək üçün müvafiq tədbirlərin təşkili nəzərdə tutulub: "Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Bu gün İçərişəhərdə görülən işlər təqdirəlayiqdir. Oranın hər bir günü tarixdir". 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Mart 2020 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə