Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan çempionatının qalibi: Ümid edirəm ki, Avropa birinciliyində də uğurla çıxış edəcəyəm

 Tanınmış şair-tərcüməçi, idmançı  Akif Əhmədgil ustad cüdoçular arasında Azərbaycan çempionatının qalibi olub.

Bu yaxınlarda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif kateqoriyalar üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb.

İyirmi bir  klubun heyətində yer alan usta cüdoçuların yarışı maraqlı və həyəcanlı idman mübarizəsi şəraitində keçib. Çempionatın qalibi adına tanınmış şair-tərcüməçi  Akif Əhmədgil layiq görülüb.

Çempionatın qalib və mükafatçılarına medallarla yanaşı, Azərbaycan Cüdo Federasiyasınin diplomları da təqdim olunub.

Qələbənin sevincini “Xalq qəzeti” ilə bölüşən çempionat qalibi oyunun gərgin mübarizə şəraitində keçdiyini bildirib, qeyd edib ki, ustad cüdoçuların yarışlarında yenidən birincilik qazanmaq və onu saxlamaq həm sevindirici, həm də məsuliyyətdir: “ Respublika əhəmiyyətli bu yarışdan sonra qalib gəlmiş  ustad cüdoçuları Avropa birinciliyi gözləyir. Bu birincilikdə iştirak etmək üçün bu ilin may ayında Yunanıstana yola düşəcəm. Ümid edirəm ki, həmin yarışda da ölkəmizi yüksək səviyyədə təmsil edərək, vətənə uğurla qayıdacağam.”

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Mart 2020 11:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə