Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar cəmiyyəti növbəti toplantısını keçirib

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) hər ay toplantı keçirir, görülən işlərə yekun vurulur, gələcək vəzifələr müzakirə edilir. Bu günlərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti -- 4-cü toplantısı keçirilmişdir.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə görüş keçirilmişdir. MOM-dan və digər təşkilatlardan olan oftalmoloqların iştirak etdiyi toplantıda 5 məruzə dinlənilmişdir.

Toplantını giriş nitqi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov açaraq oftalmologiyada olan yeniliklərdən, problemlərdən və gələcək planlardan danışıb.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru  Yazgül Abdıyeva “Həkim deontologiyasından” danışaraq, “ideal həkim necə olmalıdır?” mövzusunda faktlara əsaslanaraq, məlumatlar verib bununla bağlı məsələlərə toxunub.

Daha sonra cərrah-oftalmoloqlar tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edilib. Məruzələr tibb üzrə fəlsəfə doktorları—Mətanət Əfəndiyeva, Günay İbrahimzadə (akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi), İmran Carulla-zadə (Avrasiya Hospital), Gülnar Əliyeva (ATU) tərəfindən təqdim edilib. Toplantıda maraqlı kliniki hallar -- “Глаукома артифакичного глаза на фоне периодической болезни”, “Удаление искусственного заполнителя периорбитальной области”, “İnfeksion Mononukleoz”, “Müalicəyə tabe olmayan madaroz” mövzuları müzakirə edilib.

Sonra məruzə ətrafında suallar və təkliflər səsləndirilib.

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti"

2 Mart 2020 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə