Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana yatırılan investisiyalar hər cür risklərdən qorunur

Bu, italiyalı sərmayəçilər üçün xüsusilə cəlbedicidir

Bu gün Azərbaycan iqtisadiyyatı dunyanın bir çox transmilli korporasiyalarının geniş fəaliyyət göstərmələri, birbaşa xarici investisiya qoyuluşları üçün əlverişli muhitə malikdir. Xarici investisiyalar daha çox yanacaq-energetika sferasına yönəldiyindən həmin sahələrin ixrac potensialı xüsusi çəkiyə malik olmuş və bu çəkinin daha da artırılması meyli özünü göstərməkdədir. 

Hazırda ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların məbləğinin ildən-ilə artması onu göstərir ki, Azərbaycan Respublikasında xarici kapitalın cəlb olunması və onun fəaliyyətinin təmzinlənməsi ücün zəruri huquqi, iqtisadi və təşkilati baza formalaşmış, xüsusən birbaşa investisiya qoyuluşlarına münasibətdə zəmin yaradılmışdır. İlk növbədə, Azərbaycan ərazisində xarici mülkiyyətin qorunması ilə bağlı qanun və qərarlar sadələşdirilmiş, bəziləri isə beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bunların sırasında normativ-huquqi aktların dəqiqləşdirilməsi ilə bir cox milli məhkəmə və inzibati orqanların xarici investisiyaların fəaliyyətindəki huquqi cəhətlərə müdaxiləsi üzrə səlahiyyətləri, demək olar ki, sıfıra endirilmişdir. Azərbaycan iqtisadiyyatında, onun aparıcı sahələrində fəaliyyət göstərən xarici investisiya haqqında informasiyalar hər cəhətdən genişləndirilmişdir. Bunların sırasında ucot və təftiş işlərinin əyaniliyi və alternativliyi, bank əməliyyatlarının və maliyyələşdirmə şərtlərinin operativliyi və çevikliyinin beynəlxalq səviyyəyə catdırılması xususi əhəmiyyət kəsb edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda xarici investisiyaların hüquqi rejimi, ilk növbədə, dövlətin milli qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda, həmin sahədə beynəlxalq hüquq normalarının və beynəlxalq razılaşmaların da böyuk əhəmiyyəti vardır. Təsadufi deyildir ki, Azərbaycanda bazar iqtisadiyyatının inkişaf etdiyi indiki şəraitdə ölkədə yatırılan birbaşa investisiyaların dövlət səviyyəsində qorunmasının ən vacib və zəruri cəhətlərindən biri də onların mənafelərinin beynəlxalq tələblərə uyğun bütün şərtlərinə təminat verməsidir. Bu istiqamətdə ikitərəfli sazişlərin bağlanmasına xüsusi önəm verilir. Birbaşa investisiya ixrac edən ölkələrlə, xüsusən ABŞ, Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya, Belçika, İsveçrə və İtaliya ilə investisiyaların təminatı haqqında bağlanılan ikitərəfli sazişlərdə əsas məqsəd birbaşa investisiyaları hər cür risklərdən qorumaqdır.

Böyuk həcmdə xarici investisiyanın aktiv cəlb edilməsi siyasəti hazırda dövlətin ümumi iqtisadi siyasətinin tərkibində aparıcı yer tutur. Azərbaycana qoyulan xarici investisiyanın təqribən 33,3 faizi Fransanın, 26,8 faizi Turkiyənin,13,9 faizi Yaponiyanın, 9,5 faizi ABŞ-ın, 5,8 faizi Böyük Britaniyanın, 2,4 faizi BƏƏ-nin, 2,4 faizi İranın, 1,4 faizi Almaniyanın, 4,5 faizi isə başqa ölkələrin payına düşür. İtaliya şirkətləri enerji layihələrində Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın “Eni-Acip” şirkəti arasında “Kürdaşı” blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü enerji layihələrində xüsusi yer tutur.

İtaliya investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəldilməsində respublikada fəaliyyət göstərən xarici investisiyalı təşkilatlar, firmalar, onların nümayəndəlikləri ilə yanaşı, həmin ölkədə fəaliyyət göstərən iqtisadi təşkilatlar, qurumlar da mühüm rol oynayırlar. Bu sırada yer alan “Azərbaycanın dostları Mərkəzi Cənubi İtaliya” Assosiasiyası (Associazione “Amici dell’Azerbaigian Centrale Sud Italia”) Azərbaycan mədəni irsini, adət-ənənələrini, folklor, sənətkarlıq, təbii sərvətlərini təbliğ və sosial əməkdaşlıq proqramlarını inkişaf etdirir. Assosiasiya, eyni zamanda, iki ölkə arasında ticarəti asanlaşdırır, dostluq və turizm əlaqələrini genişləndirir. “Guida all’export e agli investimenti in Azerbaijan” şirkəti ölkəmizdə ixrac və investisiya üzrə rəhbərlik edir. İtaliya Avropa Asiya Konsiriumu (Italia Europa Asia Consorzio Export) Mərkəzi Asiya, Şərqi Asiya və Xəzər dənizinə İtaliya ixracatı vasitəsi kimi çoxsektorlu sahibkarlığa malikdir.

İtaliya Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasındadır. İtaliya qabaqcıl texnologiyasını və mallarını başqa ölkələrdə yerləşdirə bilir və iqtisadi cəhətdən nümunə rolunu oynayan ölkədir. Azad bazar iqtisadiyyatı ilə irəliləyən İtaliyanın təcrübəsi, texnologiyası Azərbaycana gərəklidir. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri Azərbaycan İtaliya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Səfər nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Bura investisiyaların qorunması və həvəsləndirilməsi haqda müqavilə də daxildir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İlham Əliyevin səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Bütün bu sahələr üzrə müqavilələr Azərbaycan-İtaliya münasibətlərinin kifayət qədər geniş sahələr istiqamətində inkişafını göstərir.

Azərbaycan əlverişli coğrafi-siyasi və strateji mövqedə yerləşir. Şərqə çıxmaqda, Asiyaya və Hind okeanına sahib olmaqda tarixən olduğu kimi, indi də Azərbaycan tranzit rolunu oynayır. Avropa və Asiyanın qovuşağında yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qurmaq istəyi, tutduğu mövqe Azərbaycanı Avropa siyasəti üçün önəmli yerə çıxarır. İtaliya Azərbaycanda möhkəmlənərək regionda iqtisadi və strateji üstünlük qazana bilər.

Ölkəmizin zəngin təbii sərvətləri onu Avropa ölkələri, o cümlədən İtaliya üçün önəmli edir. Dünyada mövcud olan 11 iqlim növündən 9-nun Azərbaycanda olması, zəngin təbii sərvətləri və onlara bu və ya başqa yollarla sahib olmaq istəyi, ölkəmizin iqtisadiyyatının azad bazar iqtisadiyyatına uyğun qurulması üçün addımların atılması Azərbaycanı İtaliya üçün gərəkli edir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyasəti və regionda sabitlik amili olması onu İtaliya üçün maraqlı edir. Azərbaycanın demokratiya və azad bazar iqtisadiyyatı yolunu tutması, bu sahədə çox sayda qanun qəbul edilməsi, bir sıra beynəlxalq təşkilatlara üzv olması Azərbaycanın İtaliya üçün əhəmiyyətini artırır.

Bundan əlavə, Qafqaz və Xəzər regionunda böyük potensiala malik Azərbaycanın makrostrukturu ixrac və investisiyalar üçün ən əlverişli iqtisadi sektorları – karbohidrogenlər, bərpa olunan enerji, daşınmaz əmlak sektoru, neft-kimya və kimya sənayesi, qısa metal profil, nəqliyyat və tikinti sənayesi, major polad şirkətləri italiyalı investorlara sərmayə yatırımları üçün geniş imkanlar təqdim edir. Azərbaycanın təbii müalicə ehtiyatları – xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üçün yararlı olan mineral sular, müalicəvi palçıqlar, xüsusən Naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər İtaliya investorları üçün yatırım və ya yeni kurort və sanatoriyaların təşkili üçün əhəmiyyətlidir.

Azərbaycan iqtisadiyyatında neftlə bağlı enerji daşıyıcılar sektorunun əhəmiyyətli inkişafı həmin sektora birbaşa xarici investisiyaların daha cox və sürətli tətbiqi ilə əlaqələndirmək olar. Azərbaycanın neft layihələrinə birbaşa qoyulan investisiyalar ölkə iqtisadiyyatına yatırılan butun investisiyaların 60 faizi yaxınını təşkil edir. Məhz ölkənin neft sektoruna yatırılan investisiyalar özünü tədricən doğrultduğundan qeyri-neft sektoruna, xüsusən iqtisadiyyatın emal, hazır məhsullar istehsalı və xidmət sahəsinə də xarici investisiyaların yatırılmasına maraq artmaqdadır. Bunun nəticəsidir ki, dünyanın ən aparıcı beynəlxalq maliyyə təşkilatları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam Bankı, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digərləri Azərbaycana böyuk həcmdə xarici investisiya formasında kreditlər ayırmışlar.

Respublikamızda qeyri-kredit investisiyaların əksər hissəsi neft sektoruna yönəlsə də, digər sahələrdən olan tikintiyə, nəqliyyat və rabitəyə, ticarət və xidmət sahələrinə vəsait qoyuluşu da perspektivlidir. Ölkədə qeyri-neft sektorunun istehsal infrastrukturunun keyfiyyətinin yüksəldilməsi üçün birbaşa xarici investisiyaların aşağıdakı milli istehsal təyinatlı infrastruktur yatırılması məqsədəuyğun sayılır:

– Nəqliyyat infrastrukturunun texniki və iqtisadi parametrlərinin daha da yaxşılaşdırılması;

– informasiya və kommunikasiya infrastrukturunun gucləndirilməsi;

– kommunal-təsərrufat infrastrukturunun texniki bazasının və gostərilən xidmətin keyfiyyətinin artırılması.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanında investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilib. Bu fərmanla investisiyaların həyata keçirildiyi aşağıdakı iqtisadi fəaliyyət sahələri təsdiq edilib:

–Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;

–qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması;

–bitkilərin intensiv becərilməsi;

–qaramalın (ətlik və südlük istiqamətli) yetişdirilməsi (50 baş cins mal-qaradan az olmayan təsərrüfatlar);

–Sənaye üsulu ilə balıq yetişdirilməsi;

–Metal filizlərin hasilatı və emalı;

–Qida məhsullarının istehsalı;

–İçki istehsalı;

–Tütün məmulatlarının ­istehsalı;

–Toxuculuq sənayesi məhsullarının istehsalı;

–Geyim istehsalı;

–Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı;

–Ağac emalı və ağacdan məmulatların istehsalı;

–Kağız və karton istehsalı;

–Təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtgü yağlarının istehsalı;

–Kimya sənayesi məhsullarının istehsalı (SMST 20.51 Partlayıcı maddələrin istehsalı sinfi istisna olmaqla);

–əczaçılıq məhsullarının istehsalı;

–rezin və plastmas məmulatların istehsalı;

–tikinti materiallarının istehsalı;

–metallurgiya sənayesi məhsullarının istehsalı;

–maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı;

–kompüter və digər elektron avadanlıqların istehsalı;

–elektrik avadanlıqlarının istehsalı;

–maşın və avadanlıqların istehsalı;

–avtomobil və qoşquların istehsalı;

–mebel istehsalı;

–zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı;

–alternativ enerji istehsalı;

–turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi: 1. mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri; 2. iaşə xidməti obyektləri; 3. əyləncə xidməti obyektləri;

–“Hostel” tipli yerləşdirmə vasitələrinin yaradılması.

İtaliyalı investorlar bu imkanlardan istifadə etməklə Azərbaycanda qeyd olunan sektorlar üzrə sərmayə yatıra və ya yeni şirkətlər qura bilərlər.

Xarici investorların, o cümlədən italiyalı investorların Azərbaycana cəlb edilməsinə müsbət təsir edən bir sıra amillər mövcüddur. Bu sırada:

–təbii və xammal vəsaitlərinin olması;

–yeni texnika və texnologiyanın cəlb edilməsi üçün ixtisaslı kadrların olması;

–ucuz işci quvvəsinin olması;

–daxili bazarın olması;

–özəlləşmə prosesinin aparılması və xarici investorların iştirakı yer alır.

Həm İtaliya, həm də Azərbaycan milli iqtisadiyyatının inkişafı üçün beynəlxalq əməkdaşlığı və onun mühüm forması olan muştərək sahibkarlığı genişləndirilməsi labüddür.

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların yatırılması ilə bağlı ölkənin rəqabət qabiliyyətinin artırılmasının mövcud vəziyyətində yeni texnika və texnologiyanın, maşın və avadanlıqların və s. ölkəyə gətirilməsinə üstünlük verildiyi özünün bütün reallığı ilə görünür. Lakin belə bir reallıqda görünür ki, həmin prosesi gucləndirmək, texnika və texnologiyaların daha mütərəqqilərini hazır şəkildə Azərbaycana gətirmək yolunda sənaye ölkələrinin, onların transmilli korporasiyalarının ciddi iqtisadi siyasəti ilə qarşılaşılır.

Birbaşa investisiya yatıran beynəlxalq korporasiya və şirkətlər Azərbaycanın ərazisində yeni texniki qurğuların, maşın və avadanlıqların istehsalını bütöv halda

təşkil etmirlər. Əsas diqqət maşın və texnoloji qurğuların komplektləşdirici hissələrinin yaradılması üzrə yarımcıq istehsalatlara yönəldilir. Belə istehsalatlar isə butun hallarda tamamlanmış son texnika və texnologiya olmadığından Azərbaycanın milli iqtisadiyyatının, onun ayrı-ayrı sahələrinin ehtiyaclarını ödəyə bilmir. İtaliyalı investorların bu amilləri nəzərə alması gələcəkdə hər iki tərəfə faydalı ola bilər. Yeni texnika və texnologiyanın yalnız ayrı-ayrı hissə və detallarının istehsalını həyata kecirən investorlardan fərqli olaraq, iİtaliya korporasiya və şirkətləri Azərbaycanda həm ucuz işci qüvvəsindən, xammal və materiallardan, həm də digər istehsal amillərinin bolluğundan istifadə edərək aralıq məmulatın istehsalının ucuz başa gəlməsindən faydalana, tamamlama işlərini də Azərbaycanda reallaşdıra bilər.

Milli iqtisadiyyatın əsas seqmentlərindən biri olan sənaye sahələrinə yönəldilən

xarici sərmayələrin səmərəli və məqsədyönlü istifadəsi, onların cəlb edilməsinin stimullaşdırılması ölkənin gələcək sabit inkişafının, dünya iqtisadiyyatında və inteqrasiyasında əsaslı mövqe tutmasında tam təminatçı olacaqdır.

Leyla Rəşid,
Beynəlxalq Kommunikasiya və Mediya Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırma İnstitutunun üzvü, Bakı Dövlət Universitenin doktorantı

 

1 Mart 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə