Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qax şəhərinin işıqlandırılması üçün mal-materialların satın alınması ilə əlaqədar Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa” müvafiq tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində aşağıda qeyd olunan meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət,yüksək keyfiyyət, analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan və https://www.etender.gov.az/ rəsmi elektron portalına daxil olaraq əldə edə bilərlər( əlaqələndirici şəxs (satınalınma mütəxəssisi) Qabulov Mustafa Əli oğlu, telefon - 024-25-5-24-70 və 024-25-5-37-73, [email protected] ).
Tenderdə iştirak haqqı 150 (yüz əlli) manatdır.
Təşkilat- Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Qax YXO
H/h- AZ20AİİB32051019447100201171
VÖEN-4300088051
Bank-”Kapital Bank”ASC-nin Qax filialı
Kod-200714
VÖEN-9900003611
M/h-AZ37NABZ01350100000000001944
SWİFT Bik AİİBZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklfi məbləğinin 1 faizi həcmində bank zəmanəti( zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank aryışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertvikatı.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə ( əsli və surəti) tərtib olunmalıdır( xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “ Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri( tender təklifi və bank zəmanəti istisna olmaqla 5 mart 2020-ci il saat 10.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 16 mart 2020-ci il saat 10.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və https://www.etender.gov.az/ rəsmi elektron portalında müvafiq qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 17 mart ­2020-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Eyni zamanda elektron portala daxil olmaqla nəticələri öyrənmək mümkündür.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

Tender komissiyası

 

18 Fevral 2020 03:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2021 | 00:44
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
13 Oktyabr 2021 | 23:48
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə