Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki bir sıra ümumtəhsil müəssisələrində mühafizə xidmətinin satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumtəhsil müəssisələrində mühafizə xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
H/h-AZ03CTRE
00000000000002168502
VÖEN- 1400617761
Büdcə səviyyəsinin kodu- 3
Büdcə təsnifatı kodu- 142593
Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ
01360100000000003944
S.W.I.F.T.BIK.CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-mühafizə fəaliyyətini həyata keçirməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya verilən lisenziyanın surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi), qeydiyyatdan keçdiyi ölkə və rekvizitlərinin surəti;
-iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 6 mart 2020-ci il saat 15.00-a, tender təklifi ilə tender təklifinin təminatı (bank təminatı) sənədlərini 17 mart 2020-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 18 mart 2020-ci il saat 15.00-da Portal vasitəsilə həyata keçiriləcəkdir. İddiaçılar tender təkliflərinin açılışının nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. 
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

18 Fevral 2020 03:23 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2021 | 00:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə