Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş

Azərbaycan Respublikasının Hesablama Palatası balansında olan avtomobillər üçün sürtkü materiallarının, cari və əsaslı təmir işlərinin satınalınması ilə bağlı 3 lot üzrə kotirovka sorğusu həyata keçirir.
Lot 1: Hesablama Palatasının balansında olan avtomobillərə sürtkü materiallarının satınalınması
Lot 2: Hesablama Palatasının balansında olan avtomobillərin cari təmir işlərinin görülməsi
Lot 3: Hesablama Palatasının balansında olan avtomobillərin əsaslı təmir işlərinin görülməsi
İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 20 fevral 2020-ci il tarixdə saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 21 fevral 2020-ci il tarixdə saat 11:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. İddiaçılar kotirovka sorğusunun əsas şərtlər toplusunu Hesablama Palatasının inzibati binasında əlaqələndirici şəxsdən əldə edə bilərlər.
Əlaqələndirici şəxs: Nizami Alməmmədov
Telefon: (012) 493-32-11 (daxili 252)
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000 
E-mail: [email protected]

16 Fevral 2020 11:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2021 | 00:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə