Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Mühafizə xidmətlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat – AMEA-nın Mərkəzi Elmi Kitabxanası
H/h – AZ71CTRE00000000000004138415
VÖEN – 1300308521
Bank – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal filialı
Kod – 805562
VÖEN (bank): 9900001881
M/h – AZ03NABZ01350100000000002944
SWIFT: BİK IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 10 mart 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 18 mart 2020-ci il saat 11.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 mart 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2020-ci il fevralın 17-dən sonra əldə etmək olar. 

 

Tender komissiyası 

 

16 Fevral 2020 11:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2021 | 00:44
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
13 Oktyabr 2021 | 23:48
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə