Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Rusiya nümayəndə heyətləri İdlibdəki vəziyyəti müzakirə ediblər

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşininin və Prezident Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin daxil olduğu nümayəndə heyəti Türkiyədə səfərdədir.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, hərbçilərdən və təhlükəsizlik qüvvələri əməkdaşlarından ibarət heyət Ankarada görüşlər keçirib.
Görüşdə Türkiyə Milli Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Təşkilatının (MİT), Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələrindən ibarət heyətə Xarici İşlər nazirinin müavini Sedat Önal başçılıq edib.
Qeyd olunur ki, nümayəndə heyətlərinin görüşlərində Suriyanın İdlib bölgəsindəki hazırkı vəziyyət müzakirə olunub. Tərəflər bölgədə sabitliyin qorunması və siyasi proseslərin irəliləməsi üçün lazımi addımların atılması barədə razılığa gəliblər. İki ölkə arasında geniş tərkibli nümayəndə heyətlərinin görüşlərinin gələn həftə də davam etdirilməsi qərara alınıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

10 Fevral 2020 02:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə