Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 1-4 dərəcə şaxta. gündüz 1-3 dərəcə isti , Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq. Yolların buz bağlama ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, dağlıq ərazilərdə 12-15 dərəcə şaxta , gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15 , gündüz 3- 8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 , gündüz 3-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq.Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti , dağlarda gecə 3-6 , gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

10 Fevral 2020 02:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə