Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldodan yeni rekord

İtaliya “A” Seriyasının 23-cü turu çərçivəsində “Verona”ya 1:2 hesabı ilə məğlub olan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Portuqaliyalı futbolçu “qoca sinyora”nın yeganə qolunun müəllifi olub. Bununla da, Ronaldo “A” Seriyasında ardıcıl 10 oyunda qol vurmağı bacaran ilk futbolçu olub. 35 yaşlı hücumçu, “Real”da oynayanda da eyni uğura imza atmışdı. O, İspaniya La Liqasında ardıcıl 10 oyunda fərqlənməyi bacarmışdı. Bununla da, Ronaldo Avropanın TOP-5 liqalarının ikisində ardıcıl 10 oyunda qol vuran ilk futbolçu olub.
Xəbəri “Soccernews” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

10 Fevral 2020 02:20 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə