Ən son xəbərlər
İngilis ədəbiyyatının məşhur nümayəndəsi Çarlz Dikkensə aid olan itirilmiş portret, “Devid Kopperfild” əsərinin əl ilə yazılmış nüsxəsi və 25 məktub tapılıb. İtirilmiş portret, əlyazma və 25 nəşr olunmamış məktub xüsusi kolleksiyaçıdan 1,8 milyon funt-sterlinqə satın alınıb. Tapılan məktublar yazıçının “Milad nəğməsi” əsəri də daxil olmaqla, digər romanlarının üzərində işləyən zamankı düşüncələrini əhatə edir. Əşyalar il ərzində Çarlz Dikkens Muzeyində sərgilənəcək.
Xəbəri “Business İnsider” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə