Ən son xəbərlər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq nümayəndə heyəti koronavirus epidemiyası (“2019-nkov”) ilə bağlı Çinə yola düşəcək.
“Nümayəndə heyətinin rəhbəri ya bu gün, ya da sabah axşamı Çinə gələcək. Üzvlər isə daha sonra yola düşəcək”, – deyə ÜST-ün açıqlamasında bildirilib.
Qeyd edək ki, Çində öldürücü epidemiyadan 723 insan həyatını itirib. Dünya üzrə isə 34 min 827 nəfər koronavirus epidemiyasına yoluxub.
Məlumatı “Euronews” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə