Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Polyakov: Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.

9 Fevral 2020 14:16 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə