Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

82 yaşlı qadın səs verdi

Sumqayıtda parlament seçkilərində səsvermə uğurla, demək olar ki, yüksək fəallıq şəraitində keçdi.

42 saylı II Seçki Dairəsinin bütün məntəqələrində seçicilər yüksək fəallıq göstərirdilər. Havanın soyuq və güclü küləkli olmasına baxmayaraq seçicilər səsverməyə iki-iki, üç-üç gəlirdilər.

Dairənin 4, 29, 30 ,31 ,32 ,33 , 47 , 48 saylı məntəqələrində seçicilər daha da gur idi.

33 saylı seçki məntəqəsinə isə ən yaşlı seçici-82 yaşlı Qurbanova Qruzinka Həmid qızı öz rəfiqələri ilə birlikdə səs verməyə gəlmişdi.

Bütün məntəqələrdə şəffaf , ədalətli , azad seçkilər keçdi. Heç bir qayda pozuntusu yox idi. Buna imkan verilmirdi. Məsələn, şəxsiyyət vəsiqəsi ilə gəlməyənlərə büllüten verilmirdi. Onlar yenidən evə qayıdıb şəxsiyyət vəsiqəsi ilə gəlirdilər. Bitərəf və müxalifətdən olan müşahidəçilər də səsvermənin gedişindən razı qaldıqlarını, seçki üçün gözəl şərait yaradıldığını bildirdilər.

47 və 48 saylı məntəqələrdə isə seçicilər növbəyə düzülmüşdülər.

Bu seçki bir daha sübut etdi ki, Azərbaycanda həmişə şəffaf , demokratik və azad seçkilər keçirilir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 Fevral 2020 19:17 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə