Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Seçki yüksək səviyyədə təşkil olunub”

Dövlətimizin başçısının seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında qoyduğu vəzifələrə ciddi əməl edildiyini parlament seçkilərində izlədik. 

Binəqədi 8 saylı birinci seçki dairəsinin 4 saylı məntəqəsində səsverməni izləyərkən orada lazımı şəraitin yaradıldığını, bütün zəruri avadanlıqla təmin olunduğunu və veb-kamera quraşdırıldığını müşahidə etdik. Məntəqədə səs vermək üçün ərazidən 1453 seçici qeydə alınıb. Səsvermədə iştirak edən seçicilərdən 10 nəfərinin yaşı 80-dən yuxarı, ilk dəfə səs verənlərin sayı üçdür. 30 nəfərin səs verməsi üçün  seçki məntəqəsinə gəlmək imkanı olmayanlar yaşadıqları evlərdə səs verəcəklər. Müşahidəçilərə yaxınlaşıb səsvermənin gedişi, seçiciyə kənar müdaxilənin, qanun pozuntusunun olub-olmaması, ilə bağlı fikirlərini öyrəndik. Qəşəm Abbasov dedi:

-Seçki yüksək səviyyədə təşkil olunub. Seçki qanunvericiliyi və Seçki Məcəlləsinə uyğun keçirilir. Bugünkü seçki mütəşəkkilliyi və şəffaflığı ilə yadımda qalacaq. Veb-kamera vasitəsilə seçki məntəqəmizi dünyanın müxtəlif ölkələrindən izləmək mümkündür. Belə halda hansı qanun pozuntusundan, seçiciyə kənar təsirdən danışmaq olar? Hər kəs səsvermə kabinəsində tanıdığı, bacarığına inandığı namizədə səs verir. Cənab Prezident seçkilərdə şəffaflığın, demokratiyanın, sərbəstliyin qorunması ilə bağlı mərkəzi və yerli icra hakimiyyətləri qarşısında ciddi tələblər qoyub. Bu tələblər birmənalı şəkildə yerinə yetirilib. Seçkini izləyən müxtəlif partiyaların təmsilçiləri də aydın görürlər ki, seçicilər səsvermədə sərbəstdir. Onlara yaxınlaşan, seçimlərinə müdaxilə edən yoxdur. Onlar sərbəst şəkildə öz seçimlərini edirlər. Seçki ədalətli keçir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Fevral 2020 18:16 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə