Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səbaildə yüksək seçici fəallığı

Paytaxtın anası sayılan İçərişəhərin, qədim Bayıl və Bibiheybət yaşayış sahələrinin, əksər mərkəzi idarəetmə orqanlarının, bir çox elm, təhsil və mədəniyyət oqacların yerləşdiyi Səbail rayonunda da fevralın 9-da səhər saatlarından seçki məntəqələrinin qarşısında xüsusi canlanma duyulurdu. Seçimini səhər saatlarında gerçəkləşdirmək istəyənlərin çoxluğu əksər yerlərdə bayırda da növbələrin yaranmasına səbəb olmuşdu.

Rayon ərazisinin böyük bir hissəsini əhatə edən 29 saylı Seçki Dairəsinin 32 səsvermə məntəqəsi Milli Məclisə indiki seçkidə qeydə alınmış 20 namizəddən ən çox səs qazanan siyasi fəalı müəyyən etmək üçün 40 min 868 seçicini bugünkü səsverməyə dəvət etmişdir. Namizədlərin həddindən artıq çox olması dairə və məntəqə seçki komissiyalarının işini həddən artıq çətinləşdirsə də, əsas məqsədə çatmağa-- səsverməyə daha çox adam cəlb etməklə, bu önəmli kampaniyanın yekun mərhəsində seçici fəallığını təmin etməyə kömək göstərmişdir.

Xəzər Dənizçilərinin Mədəniyyət evində yerləşən 3 saylı məntəqədə səsverməyə gələnlərin gurluğu ilə yanaşı, müşahidəçilərin coxluğu da diqqəti çəlb edirdi. Burada müxtəlif siyasi partiya və ictimai qurumu, eləcə də müstəqil namizədi təmsil edən 30-dək müşahidəçi səsvermə prosedurunun düzgün icra olunmasına nəzarət edirdi. Yeni Azərbaycan Partiyasını təmsil edən ahıl yaşlı müşahidəçi Zaman Məmmədov dedi:

–Mən qocaman təhsil işçisiyəm, Azərbaycanın müstəqil və güclü dövlət olmasını ömrüm boyu arzu etmişəm və yetrmələrimi də bu amala yönəltmişəm. Bu gün ölkəmizin həyatında tarixi bir gündür, yeni tipli, çevik parlament formalaşdırılması üçün vaxtından əvvəl seçki çeçirilir. Bu saddımın  təşəbbüskarı mənim də sırasında olduğum Yeni Azərbaycan Partiyasıdır. Çox istərdim ki, dairə üzrə seçkidə mənim partiyadaşım qalib gəlsin. Lakin bir başqası çox səs qazansa, bunu da demokratik bir hal sayacağam. Təki dairə üzrə ən üstün namizədi çoxluq müəyyən etmiş olsun. Bunun üçün dairə üzrə məntəqələrdə hər cür şərait yaradılıb.

O ki qaldı bu yaşda gəlib burada oturmağıma, bu, seçki komissiyasına, yaxud prosesin düzgün keçməsinə inamsızlıqdan deyil, ölkəmizin çatdığı yüksək seçki mədəniyyətini öz gözümlə görüb müşahidə etmək istəyimdən irəli gəlir. Bügünkü səsvermə şəffaf və xüsusi fəallıq şəraitində keçir. Mənə opponent olan müşahidəçilər də bunu təsdiqləyə bilərlər.

Məntəqə seçki komissiyasının sədri Nadir Babayev isə bildirdi ki, 1252 seçicinin hamısına fərdi bildiriş çatdırılıb. Hamını yüksək səviyyədə qəbul edib, sərbəst seçim etməsinə hazırıq.

Məntəqəyə daxil olub iradəsini, seçinmini maneəsiz gerçəkləşdirənlərdən birinə yaxınlaşdıq. Orta yaşlı seçici Osman Nəbiyev əlindəki qatlanmış bülleteni şəffaf qutuya atıb bayıra çıxanda təəssüratını belə ifadə etdi:

–Yanımdakı da oğlumdur. Gəldik, sərbəst seçimimizi etdik. Səsvermə yüksək səviyyədə təşkil olunub. Namizədlərdən bir neçəsinin görüşündə iştirak etmişəm. Açıq deyirəm, çoxu təcrübəsiz, yüngül karyera axtaran adamdır. Mən idarəetmə təcrübəsi olan, buvaxtadək xalqa xidməti ilə daha çox seçilən, bir sözlə, ictimai-faydalı iş görə biləcəyi ilə inam yaradan namizədə səs verdim. İnanıram ki, yeni parlament Prezident İlham Əliyevin başladığı siyasi islahahatlar prosesinin uğur qazanmasına samballı kömək göstərək.

R.TAHİR,
“Xalq qəzeti”

9 Fevral 2020 18:11 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə