Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Albay Kunanbayevin 175 illiyi

"TURKSOY" Beynəlxalq Təşkilatının təşəbbüsü ilə fevralın 9-da Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Albay Kunanbayevin 175 illiyinə həsr olunmuş yubiley mərasimi keçiriləcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqə və festivallar laureatı Eleonora Mustafayeva da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə türkdilli dövlətlərin sənət adamlarının iştirak edəcəyi tədbirə qatılacaq.

"Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən belə bir tədbirdə ölkəmizi təmsil edəcəyimə görə özümü çox xoşbəxt sayıram. Bundan öncə də onların digər layihələrinə qatılmışam, həm dünya, həm də Azərbaycan klassiklərinin məşhur əsərlərindən olan ifalarım rəğbətlə qarşılanıb... Türk dünyasının görkəmli şairi Abay Kunanbayevin 175 illiyində ölkəmizi təmsil etmək mənimçün böyük şərəfdir", - deyə istedadlı aktrisa ona yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qaəzeti”

9 Fevral 2020 17:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə