Ən son xəbərlər
BBC-nin yaydığı məlumata görə, İspaniya sahil-mühafizə xidməti 500-dən çox miqrantı xilas edib.
Bildirilir ki, Cəbəlüttariq boğazı və Alboran dənizində təhlükəsizlik normalarına cavab verməyən 13 qayıqda aşkarlanan qaçqınlar arasında çox sayda qadın və uşaq da var. Xilas edilən miqrantlar Əndəlüs regionundakı müxtəlif limanlara göndəriliblər. Daha 47 nəfər yardım təşkilatına məxsus “Akvarius” gəmisi tərəfindən xilas edilib. Qeyd edək ki, ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya çatan miqrantların sayı 78 mini ötüb. Bu müddət ərzində açıq dənizdə baş verən qəzalarda azı 1728 nəfər həlak olub.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə