Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB PA müşahidəçisi: Seçkilər zamanı pozuntularla bağlı şikayət qeydə alınmayıb

Seçkilər Azərbaycan qanunvericiliyinə və ölkənin hamı tərəfindən qəbul edilmiş standartları təmin etmək və onlara əməl etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilir.

Bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, MDB Parlament Assambleyasının (PA) müşahidə missiyasının üzvü Aleksandr Başkin deyib. MDB PA-nın müşahidəçiləri seçki məntəqəsinin açılışında iştirak ediblər, sonra da bir sıra digər məntəqələrdə olublar: “Seçki məntəqələrində çox mehriban və sakit atmosfer diqqəti cəlb etdi. Bir-birinə rəqib olan müxtəlif partiyaların və namizədlərin çox sayda müşahidəçisi olmasına baxmayaraq, hansısa qarşıdurma və ya mənfi hal olmadı. Heç bir pozuntuya rast gəlmədik, şikayətlər yox idi. Seçicilərdən də şikayətlər olmadı. Azərbaycanın seçki qanunvericiliyini yaxşı bilirəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey ciddi şəkildə yerinə yetirilir”.

“Xalq qəzeti”

9 Fevral 2020 17:38 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə