Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda keçirilən parlament seçkiləri İtaliya mətbuatının da diqqətindədir

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri İtaliya mətbuatının da diqqətindədir.

AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı xəbər portalları seçkilərlə bağlı statistik məlumatların əks olunduğu, həmçinin son vaxtlar Azərbaycanda aparılan islahatlarla bağlı məlumatlar yayırlar.

Məlumatlarda seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilərin də izlədikləri, seçki məntəqələrində 1000 veb-kameranın quraşdırıldığı bildirilir.

Xəbərlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyevin ölkəmizdə aparılan islahatlarla bağlı fikirlərinə də yer verilib.

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

9 Fevral 2020 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə