Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT PA müşahidəçisi: Azərbaycanda parlament seçkilərini müşahidə edərkən hər hansı bir maneə ilə qarşılaşmamışıq

ATƏT Parlament Assambleyasının (PA) nümayəndəsi Net Parri Azərbaycanda parlament seçkilərini müşahidə edərkən hər hansı bir maneə ilə qarşılaşmadıqlarını bildirib.

Net Parri deyib: “Biz müşahidə missiyası olaraq, məlumatları toplayacağıq, təhlil edəcəyik və bundan sonra bəyanat hazırlayıb mətbuat konfransında təqdim edəcəyik”.

Müşahidəçi qeyd edib ki, ATƏT PA-nın müşahidəçiləri Bakıda bir neçə seçki məntəqəsində olub: “Biz seçki məntəqələrinin açılışında olmuşuq. Bəzi qeydlər etmişik və bu müşahidələrimizi Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun analitikləri ilə bölüşəcəyik. Şəxsən mən hər hansı bir çatışmazlıq görmədim, amma bütün məlumatlar toplanana qədər gözləmək lazımdır. Seçkiləri müşahidə edərkən hər hansı bir maneə ilə qarşılaşmamışıq. Bütün seçki məntəqələrinə sərbəst daxil olmuşuq. Lap əvvəldə seçici fəallığı aşağı olsa da, günorta saatlarına kimi seçicilərin sayı artdı”.

“Xalq qəzeti”

9 Fevral 2020 17:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə